SON XƏBƏRLƏR
25 Iyun 2019
24 Iyun 2019
23 Iyun 2019
22 Iyun 2019
Londonda binanın damında unikal hovuz tikiləcək - FOTO
CƏMİYYƏT 20:58 / 08.06.2019

İngiltərənin paytaxtında damında panorama görüntülü hovuzlu göydələn tikmək planlaşdırılır.

Bu barədə "The Mirror” yazır.

55 mərtəbəli "Sərhədsiz London” (İnfinity London) adlı binanın tikintisi 2020-ci ildə başlayacaq.

Binanın divarları və hovuzun döşəməsi şəffaf rəngli olacaq - üst mərtəbələrdəki sakinlər yuxarıda üzən insanları görə biləcəklər.

Hovuzun həcmi 600 min litr olacaq. Layihəni hazırlayan "Compass Pools” şirkətinin dizaynerləri iddia edirlər ki, layihə unikaldır: dünyada damda yerləşən 360 dərəcə görünüşlü hovuz yoxdur. İdeya müəlliflərinin dediyinə görə, gecələr hovuz işıqlarla bəzədildiyi üçün su parlayacaq və bina qiymətli daşlarda bəzədilmiş fənər kimi görünəcək.

Hovuzun aşağısındakı mərtəbələrdə lüks hotel açmaq planlaşdırılır. Dizaynerlər hündürlükdə yerləşən hovuz suyunun necə təmin ediləcəyi barədə məlumat verməyiblər.



Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.