SON XƏBƏRLƏR
25 Iyun 2019
24 Iyun 2019
23 Iyun 2019
22 Iyun 2019
Paytaxtda zəncirvari qəza: dörd maşın toqquşdu - VİDEO
CƏMİYYƏT 23:01 / 08.06.2019

Paytaxtın Nizami rayonu Qara Qarayev, Neftçilər və Babək prospektinin kəsişməsində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. 

Oxu.Az xəbər verir ki, "Toyota” markalı minik maşını hərəkətdə olarkən digər üç "Mercedes” markalı avtomobillərlə toqquşub.

Baş verən qəza nəticəsində avtomobillərə ciddi ziyan dəyib, hərəkətə maneələr yaradıb. 

Hadisə şahidlərinin verdiyi məlumata görə, qəzanı törədən "Toyota” markalı avtomobilin sürücüsü yüngül xəsarət alaraq Təcili Tibbi Yardım tərəfindən xəstəxanaya aparılıb. 

Faktla bağlı araşdırma aparılır.



Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.