SON XƏBƏRLƏR
25 Iyun 2019
24 Iyun 2019
23 Iyun 2019
22 Iyun 2019
İran ordusunda yeni raket sisteminin təqdimatı keçirilib
CƏMİYYƏT 10:45 / 10.06.2019

İran öz istehsalı olan "Xordad-15” adlı yeni hava hücumundan müdafiə (HHM) kompleksini təqdim edib.

Təqdimat mərasimində iştirak edən İranın müdafiə naziri general Əmir Hatəmi bildirib ki, müasir kompleks iranlı mütəxəssislər tərəfindən layihələndirilib və hazırlanıb.

"Bu sistem 150 kilometrdən qırıcı və 120 kilometrdən pilotsuz təyyarələri məhvetmə qabiliyyətinə malikdir. Bundan başqa, 85 kilometrdən gizli hədəfləri aşkarlaya və məhv edə bilir”, - deyə, nazir vurğulayıb.

Ə.Hatəmi qeyd edib ki, hazırda HHM sistemlərini inkişaf etdirmək hər bir ölkə üçün zəruridir.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.