SON XƏBƏRLƏR
25 Iyun 2019
24 Iyun 2019
23 Iyun 2019
22 Iyun 2019
HDP-li bələdiyyə sədrinin erməni sevgisi - Ayhan Bilgenin addımı Azərbaycan və Türkiyədə hiddətlə qarşılanır - VİDEO
CƏMİYYƏT 11:06 / 10.06.2019
Türkiyənin Qars bələdiyyəsi sədrinin erməni heyəti qəbul etməsi və ardınadan onlara təşəkkür ünvanlaması hər iki qardaş ölkədə böyük etiraza səbəb olub. Ziyalı və siyasətçilər bu addımı ciddi tənqid edib. Bu ölkədə təhsil alan azərbaycanlı tələblər isə etirazlarını keçirdikləri aksiya ilə ifadə ediblər.

Xezerxeber.az-ın məlumatına görə, Türkiyədə keçirilən son bələdiyyə seçkilərində Qars şəhərindən bələdiyyə sədri seçilən HDP partiyasından olan kürd əsilli Ayhan Bilgenin ermənipərəst hərəkəti böyük etiraza səbəb olub. Ayhan Bilgen sədr seçildikdən sonra Türkiyənin dövlət siyasətinin əksinə olaraq işğalçı Ermənistanla sıx əlaqə qurmaq niyyətini öz hərəkətlərində açıq göstərir. Onun belə addımı isə ciddi narazılığa səbəb olub. Ermənilərin Qarsa səfərlərini təşkil edən və Ermənistandan gələn müxtəlif vəzifəli şəxslərə xüsusi qayğı göstərən Ayhan Bilgen sonucu dəfə Ermənistanın idman, mədəniyyət və turizm təşkilatının rəhbəri İşxan Zakaryan, Yerevan dövlət universitetinin tarix fakültəsinin dekanı Edik Minasyan və tarixçi Aşot Soqomonyanı qəbul edib. Görüşdən sonra isə o, sosial şəbəkədəki hesabında erməni heyyətə xüsusi təşəkkürünü elan edib.


Bələdiyyə sədrinin bu hərəkəti həm Türkiyədə, həm də Azərbaycanda hiddətlə qarşılanıb.

Türkiyədə təhsil alan azərbaycanlı tələbələr və orada yaşayan soydaşlarımız bununla bağlı etiraz aksiyası keçiriblər. Türkiyə vətəndaşlarının da dəstək verdiyi aksiyada ermənilərin tarixi türk torpaqlarında törətdikləri soyqırımı aktları xatırladılıb, Türkiyənin ayrı-ayrı bölgələri ilə yanaşı, Azərbaycanın Xocalı şəhərində törədilmiş soyqırımı hadislərinə diqət çəkilib. Aksiya iştirakçıları bildiriblər ki, Ermənistanla Türkiyənin Qars bölgəsi arasında əlaqələrin qurulması ermənilər tərəfindən törədilmiş böyük cinayətlərə bəraət verməyə, Ermənistanın işğalçılıq siyasətinə haqq qazandırmağa yönəlib.

Qars bələdiyyə sədrinin belə ermənipərəst hərəkətlərinə Türkiyə və Azərbaycanda ziyalılar, siyasətçilər, millət vəkilləri etiraz edib.

Türkiyə parlamentinin üzvü, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım bildirib ki, bu tip hərəkətlər yolverilməzdir. Qars bələdiyyə sədrinin bu davranışı həm Türkiyə- Azərbaycan qardaşlığına, həm də Türkiyə dövlətinin siyasətinə ziddir.

Azərbaycan-Türkiyə parlamentlərarası dosluq qrupunun üzvü, millət vəkili Aydın Mirzəzadə də türkiyəli həmkarı ilə eyni fikirdədir.

Qeyd edək ki, bu hadisəyə Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasından olan deputatlarla yanaşı, Milliyyətçi Hərəkat Partiyasınının deputatları da sərt reaksiya göstərblər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:






Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.