SON XƏBƏRLƏR
25 Iyun 2019
24 Iyun 2019
23 Iyun 2019
22 Iyun 2019
Bakıda xəstəxananın həyətində DƏHŞƏT - BOĞAZI KƏSİLƏN QADIN ÖLDÜ (YENİLƏNDİ)
CƏMİYYƏT 12:51 / 10.06.2019

Bakıda xəstəxananın həyətində həyat yoldaşı tərəfindən boğazı kəsilən qadın vəfat edib.

Publika.az xəbər verir ki, bu gün səhər saatlarında Yasamal rayonu A.M.Şərifzadə küçəsində yerləşən Akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzinin həyətində həyat yoldaşı tərəfindən boğazı kəsilən həmin xəstəxananın qeydiyyat şöbəsinin əməkdaşı, 1978-ci il təvəllüdlü Xavər İbrahimovanın həyatını xilas etmək mümkün olmayıb.

İşlədiyi xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən qadın tibbi müdaxilələrə baxmayaraq keçinib.

Hadisə yerinə Yasamal rayon Polis İdarəsinin və rayon prokurorluğunun əməkdaşları gəlib.

Faktla bağlı araşdırmalar aparılır.

*****

10:29

Bakıda ər arvadının boğazını kəsib.

Hadisə bu gün səhər saatlarında Yasamal rayonu Akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzinin həyətində baş verib. Xəstəxananın qeydiyyat şöbəsində işləyən, 1978-ci il təvəllüdlü Xavər İbrahimova həyat yoldaşı tərəfindən ailə münaqişəsi zəminində boğazı kəsilib. Qadın xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Xəstəxanadan yaralının vəziyyətinin ağır olduğu bildirilib.

Faktla bağlı araşdırma aparılır.(APA)


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.