SON XƏBƏRLƏR
19 Oktyabr 2019
18 Oktyabr 2019
17 Oktyabr 2019
16 Oktyabr 2019
15 Oktyabr 2019
Anar Mədətov: Mahirə mesaj yazdım, uşaqlıq edir
CƏMİYYƏT 17:41 / 10.06.2019

Xəbər verdiyimiz kimi, 2020-ci il futbol üzrə Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Bakıda keçirilən Azərbaycan-Macarıstan oyunununda qonaqlar 3:1 hesabı ilə qalib gəliblər. Millimizin yeganə qolunu 69-cu dəqiqədə Mahir Emreli vurub.

Oxu.Az-ın əməkdaşı Azərbaycana qol sevinci yaşadan Mahirin uğuru ilə bağlı son vaxtlar qalmaqal yaşadığı atasının - prodüserAnar Mədətovun hisslərini öyrənib.

A.Mədətov oğlunun ondan imtina etməsinə baxmayaraq, oyunu diqqətlə izlədiyini deyib:

"Oyun günü mən xaricdə idim. Oyunu diqqətlə izlədim. Oğlum qol vurdu. Bizim komandada hədəfdə başqa oyunçu idi, lakinMahir öz sözünü bu oyunda da deyərək, rəqib komandanın qapısına qol vurdu. Mən oğlumu mesaj yazıb təbrik etdim. Maraqlı deyil, Mahir nə yazdı, nə pozdu, hansı addım atdı, soyadını dəyişdi... O, Anar Mədətovun oğludur. Bunu hamı bilir”.

Mahirin soyadını dəyişməsi məsələsinə bir daha toxunan prodüser bunu "boş şey” adlandırıb:

"Mahir uşaqlıq edir, qoy, bu cür də davam etsin. Məşqçiləri ona başa salmalıdırlar ki, səni Azərbaycanda hamı Anarın oğlukimi tanıyır. Elnurənin oğlu desələr,heç kəs tanımayacaq. Mən ata kimi də öz missiyamı yerinə yetirirəmvə yetirməkdə davam edirəm. Uşaqlarımdan imtina etməmişəm. Mən onlara görə lazım gəlsə, kimi istəsəniz, didərəm”.

Qeyd edək ki, həm Mahirin, həm də onun bacısı Ayişənin soyadınıdəyişməsinə Anar Mədətovun 22 illik həyat yoldaşı Elnurə Mədətovadan ayrılaraq, vizajist Samirə adlı xanımla ailə qurması səbəb olub.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.