SON XƏBƏRLƏR
25 Avqust 2019
24 Avqust 2019
23 Avqust 2019
22 Avqust 2019
21 Avqust 2019
Hindistanda fil sürüsü balanı belə dəfn etdi - VİDEO
CƏMİYYƏT 18:41 / 10.06.2019

Hindistanda fil sürüsü ölmüş fil balasının "dəfn mərasimi”ni keçirib.Unikal görüntünü "ParveenKaswan” adlı istifadəçi öz "Twitter” səhifəsində paylaşıb.

"Bu görüntüyə biganə qala bilməcəksiniz! Dəfn mərasimidir, matəmdə olan fillər ölü balanı daşıyırlar. Ailə bu itki ilə barışa bilmir”, - deyə o, qeyd edib.

Kadrlarda filin meşədən peyda olaraq yola çıxdığını, xortumu ilə fil balasının ölüsünü tutduğunu görmək olur. Arxada xeyli yerli sakin toplanaraq kənardan bu səhnəni maraqla seyr edib. Fil balanı yolun kənarına atdıqdan sonra dayanıb. Ardınca digər filllər yavaş-yavaş yaxınlaşaraq, "cənazə”ni əhatəyə alıb.

Videonun son saniyələrində fillərdən birixortumu ilə balanı qaldırıb,qarşı tərəfdəki meşəyə aparıb, qalan "dəfn iştirakçıları”da onun ardınca irəliləyib.



Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.