SON XƏBƏRLƏR
25 Avqust 2019
24 Avqust 2019
23 Avqust 2019
22 Avqust 2019
21 Avqust 2019
Gürcüstanda azərbaycanlı qızı zorlayan 40 yaşlı kişi tutuldu
CƏMİYYƏT 09:17 / 11.06.2019
Gürcüstanın Lqodexi rayonun Qabal kəndində 16 yaşlı azərbaycanlı qızı zorlamaqda ittiham olunan 1979-cu il təvəllüdlü kişi saxlanılıb.

Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

İstintaqla müəyyən olunub ki, 40 yaşlı İ.B. adlı azərbaycanlı kişi 2018-ci ilin sentyabrında 16 yaşlı qızla cinsi əlaqədə olub. Yeniyetmə bu ilin mayında uşaq dünyaya gətirib.

Aparılan genetik ekspertiza nəticəsində 40 yaşlı kişinin həmin uşağın atası olması müəyyən edilib.

Saxlanılan şəxs barəsində cinayət işi açılıb. Onu 10 ildən 13 ilədək müddətə həbs cəzası gözləyir. (Report)

Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.