SON XƏBƏRLƏR
24 Avqust 2019
23 Avqust 2019
22 Avqust 2019
21 Avqust 2019
20 Avqust 2019
BBC-dən Azərbaycanla bağlı KOBUD SƏHV - Zaxarova lağa qoydu - FOTO
CƏMİYYƏT 10:46 / 11.06.2019

Dünən gecə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova öz Feysbuk səhifəsində BBC-nin rusca bölməsindən olan "skrin-şot”u paylaşıb.

Axar.az xəbər verir ki, Zaxarovanın paylaşdığı fotoda BBC-nin Qazaxıstanı Azərbaycanla səhv salması yer alıb. Belə ki, saytın hazırladığı xəbərdə Qazaxıstandakı etiraz aksiyaları haqqında məlumat verilib ki, burada etirazlar aşağıdakı formada təqdim edilib:

"Azərbaycanda yenidən Tokayev qalib gəlib. Küçələrdə kütləvi iğtişaşlar var, 500-dən çox adam saxlanılıb”.

Qeyd edək ki, bazar günü Qazaxıstanda keçirilən prezident seçkilərində Qasım-Jomart Tokayev 70%-dən artıq səslə qalib gəlib.

Bir müddətdən sonra BBC səhvini aradan qaldırıb.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.