SON XƏBƏRLƏR
25 Iyun 2019
24 Iyun 2019
23 Iyun 2019
22 Iyun 2019
Müdafiə Nazirliyindən KRİTİK AÇIQLAMA - Pilotlar uzaqlaşdırıldı
CƏMİYYƏT 13:41 / 11.06.2019

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) F-35 proqramı çərçivəsində türk pilotlara verilən təlimləri dayandırıb.

Bu barədə Pentaqonun mətbuat katibi Mayk Endryus danışıb.

Mətbuat katibi "Röyters” agentliyinə müsahibəsində Arizonadakı "Luke” hərbi hava bazasında təlim keçən pilotların uçuşa getmədiyini deyib: "Nazirlik "Luke” hava bazasındakı türk pilotların artıq uçmadığından xəbərdardır. Türkiyənin siyasətində dəyişiklik olmasa, F-35 proqramındakı payını azaltmaq üçün türk müttəfiqlərimizlə çalışmağa davam edəcəyik”.

Adının açıqlanmasını istəməyən digər nümayəndə isə agentliyə açıqlamasında türk pilotların uzaqlaşdırılmasının ali komandanlıq səviyyəsində qərarlaşdırdığını deyib. Həmçinin qeyd edib ki, Floridadakı "Eqlin” hərbi hava bazasındakı türk texniki heyət təlimlərinə davam edir.

Qeyd edək ki, bir neçə gün öncə ABŞ Müdafiə naziri səlahiyyətlərini icra edən Patrik Şanaxan türkiyəli həmkarı Hulusi Akara məktub yollamışdı. Məktubda qeyd olunmuşdu ki, 31 iyula qədər Türkiyə Rusiyadan S-400 hava hücumundan müdafiə kompleksi almaqdan imtina etməsə, F-35 pilotlarının təlimləri dayandırılacaq və Türkiyə proqramdan çıxarılacaq./publika.az


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.