SON XƏBƏRLƏR
21 Avqust 2019
20 Avqust 2019
19 Avqust 2019
17 Avqust 2019
16 Avqust 2019
15 Avqust 2019
Azərbaycana yay bu tarixdə daxil olacaq
CƏMİYYƏT 10:42 / 13.06.2019

Gələn həftə Azərbaycana yay fəsli daxil olacaq.

Yay fəsli iyunun 21-də saat 19.54-də ölkəyə və şimal yarım kürəsinə daxil olacaq.

14 saat 43 dəqiqə davam edəcək təbiət hadisəsinə həm də yay Günəş tutuluşu deyilir. Yəni yerin fırlanma oxu Günəş istiqaməti ilə ən kiçik bucaq əmələ gətirir və ya Günəş həmin an üfüqdən maksimum hündürlükdə olur. Belə olan halda günəş şüaları yer səthinə, xüsusilə də şimal yarımkürəsinə yaxşı düşə bilir. Bu zaman ən qısa gecə, ən uzun gündüz yaşanır.

Bununla da yaz yay fəsli ilə əvəz olunacaq.

Qeyd edək ki, yay fəsli sentyabrın 23-dək davam edəcək. Sentyabrın 23-ü saat 11.50-də Azərbaycanda payız fəsli başlayacaq. Bu halda gecə-gündüz bərabərliyi baş verir. Buna adətən payız bərabərliyi də deyirlər. Bu halda Günəş öz orbiti üzrə hərəkət edərək böyük ekvatoru kəsir və şimal yarım kürəsindən cənub yarımkürəsinə keçir. (report)


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.