SON XƏBƏRLƏR
25 Iyun 2019
24 Iyun 2019
23 Iyun 2019
22 Iyun 2019
Milli Qurtuluş Gününə həsr olunmuş flaşmob keçiriləcək
CƏMİYYƏT 11:16 / 13.06.2019

15 iyun 2019-cu il tarixində saat 18:00-da Heydər Əliyev Muzey-park kompleksində Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı, "Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin "Mədəniyyət” televiziya kanalının dəstəyi ilə Bakı şəhər uşaq musiqi və incəsənət məktəblərinin şagirdlərinin iştirakı ilə flaşmob təşkil ediləcək.

Bu barədə Oxu.Az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, 15 iyun – Milli Qurtuluş Gününə həsr olunmuş bu tədbirdə Bakı şəhərində fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərində təhsil alan 1000 nəfərə yaxın birləşmiş xor ifaçısının iştirakı nəzərdə tutulur.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.