SON XƏBƏRLƏR
16 Sentyabr 2019
13 Sentyabr 2019
12 Sentyabr 2019
11 Sentyabr 2019
Əlcəzairdə siyasi böhran davam edir: prezidentliyə sabiq namizəd həbs olundu
CƏMİYYƏT 12:49 / 13.06.2019

Əlcəzair prezidentliyinə sabiq namizəd istefada olan general Əli Qadiri naməlum səbəblərdən öz evində həbs olunub. FaktXeber.com-un məlumatına görə, bu barədə generalın Facebook səhifəsində məlumat verilib.

Qeyd edək ki, Əli Qadiri bundan əvvəl apreli ayına təyin olunmuşprezident seçkilərində iştirak edəcəyini demişdi.

2019-cu ilin fevral ayında Əbdüləziz Buteflanın yaşına və səhhətində problemlərə baxmayaraq 5-ci dəfə prezidentliyə namizədliyini irəli sürəcəyi barədə məlumat Əlcəzairdə siyasi böhran yaradır. Bir neçə həftə davam edən kütləvi xalq etirazlarından sonra Buteflika əvvəlcə Əhməd Uyəhya hökumətini istefaya yollayır, aprelin 2-də isə səhhəti ilə əlaqədar vəzifədən getdiyini açıqlayır. Əlcəzairin müvəqqəti rəhbəri vəzifəsinə Konstitusiyaya uyğun olaraq 90 günlüyünə Parlamentin Yuxarı Palatasının spikeri və Buteflikanın yaxın tərəfdaşı olan Əbdülqadir Bensalah təyin olunur. O, seçkiləri təşkil etməli və hakimiyyəti seçilmiş dövlət başçısına təhvil verməlidir.

Lakin ölkə müxalifəti, ictimai xadimlər və nümayişçilər hakimiyyətdə köhnə rejimin nümayəndələri olduğu müddətdə prezident seçkilərinin keçirilməsinin əleyhinə çıxırlar. Eyni zamanda Əlcəzair ordusu seçkilərin keçirilməsində israr edir. Silahlı Qüvvələrin Baş Qərargah rəisi  Əhmədh Haid Saleh ölkədə siyasi böhranın sona çatması üçün prezident seçkilərinə hazırlığı sürətləndirməyə çağırıb.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.