SON XƏBƏRLƏR
21 Avqust 2019
20 Avqust 2019
19 Avqust 2019
17 Avqust 2019
16 Avqust 2019
15 Avqust 2019
Təcili yardımın qadın həkimlərini döyən şəxs saxlanıldı
CƏMİYYƏT 13:10 / 13.06.2019

Bərdədə təcili yardımın qadın həkimlərini döyən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, iyunun 12-də Bərdə rayon Təcili Tibbi Yardım stansiyasının 2 qadın feldşerinin Təcili Tibbi Yardım avtomobilində 1-ci Qaradəmirçi kəndində yaşayan Laçın rayon sakininin ünvanına çatarkən naməlum şəxsin gecikdiklərini və xəstənin ölməsini deyərək metal parçası ilə avtomobilin şüşələrini sındırması barədə Bərdə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Müraciətlə əlaqədar dərhal müvafiq tədbirlər həyata keçirilib və hadisəni törətməkdə şübhəli bilinən kənd sakini S.Fətəliyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Bərdə RPŞ-də araşdırma aparılır.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.