SON XƏBƏRLƏR
21 Avqust 2019
20 Avqust 2019
19 Avqust 2019
17 Avqust 2019
16 Avqust 2019
15 Avqust 2019
Dövlət Turizim Agentliyi çimərliklərdə monitorinq aparır
CƏMİYYƏT 15:56 / 13.06.2019

Dövlət Turizm Agentliyi çimərliklərdə monitorinq aparmağa başlayıb.

Bunu qurumun Mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə bildirib.

Onun sözlərinə görə, monitorinqin məqsədi bütün vətəndaşların çimərliklərdən istifadəsinə imkan yaratmaqdır: "Dünya təcrübəsində çimərliklər ictimaidir və bizdə də belə olmalıdır. Bütün insanlar çimərliklərdən istifadə etməlidirlər. Hansısa şirkət yalnız xidmət göstərirsə, bunun üçün xidmət haqqı ala bilər. Monitorinq Azərbaycanın bütün çimərliklərini əhatə edəcək. Çimərliklərdə həm mövcud vəziyyəti, həm də xidmətləri müəyyən etmək istəyirik. Dövlət Turizm Agentliyi olaraq monitorinqin nəticələrini dövlət strukturlarına təqdim edəcəyik. Biz onun tərəfdarıyıq ki, çimərliklərə giriş pulsuz olmalıdır. Yayın sonunda Azərbaycan üzrə ümumi vəziyyətin nəticələri hazır olacaq. Nəticələrdən asılı olaraq təkliflər hazırlayıb, müvafiq qurumlara təqdim edəcəyik”. 


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.