SON XƏBƏRLƏR
22 Iyul 2019
21 Iyul 2019
20 Iyul 2019
Azərbaycanlı alimin dərsliyi “Amazon”da satışa çıxarıldı
CƏMİYYƏT 20:18 / 13.06.2019

Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, Milli Elmlər Akademiyasının müşaviri Urxan Ələkbərovun "İnklüziv inkişafın idarə edilməsinin əsasları” adlı dərsliyinin elektron versiyası satışa çıxarılıb.

Dövlətin hərtərəfli inkişafını təmin edən və ölkə vətəndaşlarının rifahını yüksəldən inklüziv inkişaf müasir dövlət idarəçiliyinin əsas prioritetlərindən hesab olunur. 2018-ci ildə beynəlxalq təşkilatlar tərəfindən müxtəlif ölkələrdə inklüziv inkişaf göstəriciləri üzrə aparılmış müqayisəli təhlil göstərir ki, bu sahənin uğuru innovativ idarəetmə texnologiyaları kompleksindən asılıdır.Bunu ölkənin hərtərəfli inkişafı üçün iqtisadi potensialından son dərəcə effektiv şəkildə istifadə edən Azərbaycan Respublkasının timsalında görə bilərik. Bu istiqamətdə tərəqqini qoruyub-saxlamaq üçün gələcəkdə davamlı inklüziv inkişafın monitorinqi, planlaşdırma və idarəçilik sahəsində bilik və vərdişlərin yaradılması, dəstəklənməsi və daim yaxşılaşdırılması vacibdir.

Sözügedən dərslik bu hədəfə nail olmağa kömək edir və dünyada analoqu yoxdur.

Dərs vəsaiti idarəedici şəxslər, ictimai elmləri öyrənən tələbələr, həmçinin davamlı inklüziv inkişaf sahəsində çalışan ekspertlər üçün nəzərdə tutulub.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.