SON XƏBƏRLƏR
22 Iyul 2019
21 Iyul 2019
20 Iyul 2019
TÜRK PA-nın baş katibi: "Mehriban Əliyeva çoxşaxəli fəaliyyəti ilə seçilir"
CƏMİYYƏT 10:40 / 14.06.2019

"Azərbaycan Şərqdə qadınlara səsvermə hüququ verən ilk ölkə olub. Birinci vitse-prezident Mehriban Əliyeva çoxşaxəli fəaliyyəti ilə seçilir. Ölkədə qadınlarla bağlı əməli addımlar atılır. Türk xalqları qadınlara əvəzolunmaz varlıq kimi yanaşır”.

Bunu Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRK PA) baş katibi Altınbek Mamayusupov Bakıda "Dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında türk dünyası qadınlarının rolu” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

O qeyd edib ki, TÜRKPA-ya üzv ölkələr dayanıqlı inkişafla bağlı məsələlərdə aktivlik göstərirlər: "Üzv ölkələrdə gender bərabərsizliyi ilə normativ hüquqi baza yaradılıb. Son illərdə hələ də qadınlar zorakılığın müxtəlif növlərinə məruz qalırlar. Bu problemlərin aradan qaldırılması istiqamətində addımlar atılır”. (report)


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.