SON XƏBƏRLƏR
22 Iyul 2019
21 Iyul 2019
20 Iyul 2019
TÜRKPA-nın Baş katibi: Mehriban Əliyeva çoxşaxəli fəaliyyəti ilə seçilir
CƏMİYYƏT 13:12 / 14.06.2019

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva çoxşaxəli fəaliyyəti ilə seçilir.

Oxu.Az xəbər verir ki, bunu Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Altınbek Mamayusupov Bakıda Milli Məclisdə "Dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında türk dünyası qadınlarının rolu” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

O bildirib ki, Azərbaycan Şərqdə qadınlara səsvermə hüququ verən ilk ölkə olub. Ölkədə qadınlarla bağlı əməli addımlar atılır.

"Türkdilli xalqlar qadınlara əvəzolunmaz varlıq kimi yanaşırlar. TÜRKPA-ya üzv ölkələr dayanıqlı inkişafla bağlı məsələlərdə aktivlik göstərirlər”, - deyən A.Mamayusupovun sözlərinə görə, üzv ölkələrdə gender bərabərsizliyi ilə bağlı normativ-hüquqi baza yaradılıb.

"Hələ də qadınlar zorakılığın müxtəlif növlərinə məruz qalırlar. Bu problemlərin aradan qaldırılması istiqamətində addımlar atılır”, - deyə o əlavə edib.



Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.