SON XƏBƏRLƏR
22 Noyabr 2019
21 Noyabr 2019
20 Noyabr 2019
19 Noyabr 2019
18 Noyabr 2019
15 Noyabr 2019
14 Noyabr 2019
13 Noyabr 2019
Mərdəkanda “Toyota” ağaca çırpıldı – dörd nəfər yaralandı
CƏMİYYƏT 16:11 / 14.06.2019

Xəzər rayonunda avtomobil ağaca çırpılıb, 4 nəfər yaralanıb.

Oxu.Az xəbər verir ki, Mərdəkan qəsəbəsində Orxan adlı şəxsin idarə etdiyi "Toyota Prado” markalı avtomobil hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yol kənarındakı ağaca çırpılıb.

Hadisə zamanı 1989-cu il təvəllüdlü Cabbarova Samirə Əlibala qızı, 1961-ci il təvəllüdlü Qasımova Zeynəb Məmməd qızı, 1966-cı il təvəllüdlü Babayeva Cəmilə Azər qızı və 1 yaş 3 aylıq Cabbarlı Zeynəb Orxan qızı xəsarət alıblar.

Yaralılar dərhal 3 saylı Klinik Tibbi Mərkəzə çatdırılıb.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.