SON XƏBƏRLƏR
22 Noyabr 2019
21 Noyabr 2019
20 Noyabr 2019
19 Noyabr 2019
18 Noyabr 2019
15 Noyabr 2019
14 Noyabr 2019
13 Noyabr 2019
Elçibəyin həyat yoldaşı DƏFN EDİLDİ - FOTO (YENİLƏNDİ)
CƏMİYYƏT 16:47 / 15.06.2019

Azərbaycanın sabiq prezidenti Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə Əliyeva Kələkidə kənd qəbiristanlığında torpağa tapşırılıb.

***

10:00

Azərbaycanın sabiq prezidenti Əbülfəz Elçibəyin Türkiyənin İstanbul şəhərində vəfat etmiş həyat yoldaşı Həlimə Əliyevanın cənazəsi Naxçıvandadır.

Cənazə xüsusi təyyarə reysi ilə Naxçıvana çatdırılıb, daha sonra "Təcili yardım" avtomobili ilə Ordubad rayonunun Kələki kəndinə aparılıb.

Cənazəni mərhumun yaxınları ilə yanaşı sabiq Baş nazir Pənah Hüseyn, Müsavat Partiyasının başqanı Arif Hacılı, KXCP sədri Mirmahmud Mirəlioğlu, mərhum Əbülfəz Elçibəyin köməkçisi Oqtay Qasımov və başqaları müşayiət edib.

Həlimə xanım saat 12:00 radələrində Kələki kənd qəbiristanlığında torpağa tapşırılacaq.

Dəfn mərasimində Türkiyə Böyük Millət Məclisinin üzvlərinin də iştirak edəcəyi gözlənilir. "Report”un xəbərinə görə***

***

08:15

Azərbaycanın sabiq prezidenti Əbülfəz Elçibəyin Türkiyənin İstanbul şəhərində vəfat etmiş həyat yoldaşı Həlimə Əliyevanın cənazəsi Naxçıvana yola salınıb.

Cənazə gecə saatlarında İstanbul-Bakı reysi ilə Azərbaycana gətirilib.

H.Əliyeva öz vəsiyyətinə uyğun olaraq bu gün Ordubad rayonunun Kələki kəndində torpağa tapşırılacaq. Mərhumun yas mərasimi də həmin kənddə təşkil olunacaq.

***

04:15

Azərbaycanın sabiq prezidenti Əbülfəz Elçibəyin Türkiyənin İstanbul şəhərində vəfat etmiş həyat yoldaşı Həlimə Əliyevanın cənazəsi İstanbul-Bakı reysi ilə Azərbaycana gətirilib.

Ə.Elçibəyin Türkiyədə yaşayan qızı Çilənay, kürəkəni Aqil Səmədbəyli də Bakıya gəlib.

H.Əliyevanın cənazəsini Müsavat başqanı Arif Hacılı, sabiq baş nazir Pənah Hüseyn, Ə.Elçibəyin ailə üzvləri və yaxınları qarşılayıblar.

Cənazə yaxın saatlarda ayrılan xüsusi təyyarə reysi ilə Naxçıvana aparılacaq. H.Əliyeva öz vəsiyyətinə uyğun olaraq bu gün Ordubad rayonunun Kələki kəndində torpağa tapşırılacaq. Mərhumun yas mərasimi də həmin kənddə olacaq.

Allah rəhmət eləsin! (Report)


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.