SON XƏBƏRLƏR
22 Iyul 2019
21 Iyul 2019
20 Iyul 2019
Azərbaycan qazı TANAP-la Avropa sərhədinə çatdı - VİDEO
CƏMİYYƏT 08:46 / 18.06.2019

"Şahdəniz" qazı iyunun 15-də - Milli Qurtuluş Günündə Avropa sərhədinə çatdırılıb. Bu barədə SOCAR-ın rəsmi Facebook səhifəsində məlumat yayılıb. "Şahdəniz" qazı 2018-ci il yanvarın 23-də Trans-Anadolu Boru Kəmərinə, yəni TANAP-a isə Gürcüstan-Türkiyə sərhədindən daxil olmuşdu.

TANAP Türkiyənin Gürcüstanla sərhədindən başlayır və Yunanıstan sərhədində - Ədirnənin İpsala rayonunda Trans-Adriatik Boru Kəmərinə, yəni TAP-a birləşdirilməlidir. İqtisadçı-ekspert Rəşad Həsənov deyir ki, Azərbaycan qazının Avropaya nəqlinin başlanması hazırda ölkəmizin ixrac etdiyi ümumi qaz həcminin 2 qat artırılmasına imkan verəcək. Bu isə dövlət büdcəsinin gəlirlərinin artırılması üçün önəmli bir mənbədir.

Rəşad Həsənov bildirir ki, proqnozlara görə, qazın satış qiymətləri də arta bilər.

Ümumi uzunluğu 1850 km olan TANAP-la Türkiyəyə ilk kommersiya qazının tədarükü 2018-ci il iyunun 30-da başlanıb. Kəmərin ilkin illik ötürücülük gücü 16 mlrd. kubmetr təşkil edir. Bu həcmin 6 mlrd. kubmetri Türkiyədə istifadə olunacaq, 10 mlrd. kubmetri isə Avropaya nəql ediləcək. TANAP layihəsində "Cənub Qaz Dəhlizi" QSC 51%, SOCAR-ın Türkiyədəki törəməsi "SOCAR Turkey Enerji A.Ş" 7%,



Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.