SON XƏBƏRLƏR
22 Noyabr 2019
21 Noyabr 2019
20 Noyabr 2019
19 Noyabr 2019
18 Noyabr 2019
15 Noyabr 2019
14 Noyabr 2019
13 Noyabr 2019
Azərbaycanda 4 nəfərin güllələnməsi ilə bağlı YENİ DƏHŞƏTLİ FAKTLAR: demə, 12 il öncə... - FOTO
CƏMİYYƏT 10:13 / 18.06.2019

Bu gün Ağstafa rayonunun Böyük Kəsik kəndində 4 nəfərin güllələnərək qətlə yetirilməsi, daha 4 nəfərin isə yaralanmasına səbəb olan hadisənin qisas zəminində törədilməsi barəsində məlumat vermişdik.

Publika.az hadisəni törədən 1994-cü il təvəllüdlü Elvin Süleymanovun atası və əmisinin 2007-ci ildə qətlə yetirilməsi hadisəsinin təfərrüatlarını əldə edib. Bildirilir ki, Süleymanovlar ailəsi ilə Musayevlər ailəsi arasında illər əvvəl torpaq davası yaşanıb. Belə ki, hər iki ailə Ceyrançöl ərazisində heyvandarlıq fəaliyyəti ilə məşğul olub və örüş sahəsi üstündə münaqişə yaranıb. Münaqişə zəminində Novruz Musayev, Şəbiddin Musayev və onların digər qardaşı Elvinin atası Ramiz Süleymanovu və əmisini öldürüb. Hər 3 qardaş həbs edilib və bu yaxınlarda onlardan ikisi azadlığa çıxıb.

Hadisəni törədən 25 yaşlı E.Süleymanov atasından qalan təsərrüaftı idarə edirmiş və subay imiş. Onun avtomatı nə zaman, kimdən və haradan alması hələlik mümkün olmayıb.

Qeyd edək ki, bu gün saat 08 radələrində Ağstafa rayonunun Böyük Kəsik kəndinin ərazisindəki kənd təsərrüfütı məhsullarının satış bazarında orada satıcı işləyən Sadıxlı kənd sakinləri - Şərqiyyə Musayevanın, oğlanları Novruz və Şəmiddinin, həmçinin Ağgöl kənd sakinin Zeynəb Cəlilovanın odlu silahla qətlə yetirilmələri, daha 3 nəfərin isə ağır bədən xəsarətləri alması barədə daxil olmuş məlumat əsasında prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilib, oradan iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar götürülüb və zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama və daşıma) maddələri ilə cinayət işi başlanılıb, iş üzrə müvafiq ekspertizalar təyin edilib.

İlkin araşdırmalarla bu ağır cinayətin Ağstafa rayonunun Sadıxlı kənd sakini Elnur Süleymanov tərəfindən şəxsi münasibətlər zəminində qisas almaq niyyətilə törədilməsi, bu zaman onun "Kalaşnikov” markalı avtomat silahdan istifadə etməsi müəyyən olunub.

Təxirəsalınmadan həyata keçirilmiş əməliyyat-axtarış və qabaqlayıcı profilaktik tədbirlər nəticəsinaə E.Süleymanov Ağstafa Rayon Polis Şöbəsinə könülü gələrək təslim olub, cinayətin aləti olan odlu silahı istintaq orqanına təqdim edib.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.