SON XƏBƏRLƏR
11 Noyabr 2019
10 Noyabr 2019
09 Noyabr 2019
08 Noyabr 2019
07 Noyabr 2019
Nazir: Ordumuzda olan ən müasir helikopterlər uzaq məsafədən hədəfi dəqiqliklə vurmağa qadirdir
CƏMİYYƏT 11:48 / 18.06.2019
Bu gün Azərbaycanın Ordusunda olan hərbi təyyarələr qarşıda duran vəzifələri tam yerinə yetirməyə hazırdır.

Bunu Müdafiə naziri Zakir Həsənov bu gün keçirilən mətbuat konfransında deyib.

Nazi qeyd edib ki, Azərbaycan Ordusunun helikopter parkı da tam yenilənib: "Bizim istifadəmizdə ən müasir helikopterlər var. Onlar uzaq məsafədən hədəfi dəqiqliklə vurmağa qadirdir”.

Hərbi dəniz donanması ilə bağlı sualı cavablandıran nazir bildirib ki, donanmanın təkmilləşdirilməsi ilə bağlı işlər aparılır: "Biz dənizdə elə bir təhlükə görmürük. Xəzərin statusu ilə bağlı məsələ də həll olunub. Xəzəryani dövlətlər bizə dost ölkələrdir. Ancaq hərbi dəniz donanmasının da təkmilləşdirilməsi istiqamətində işlər aparılır”. (trend)

Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.