SON XƏBƏRLƏR
22 Iyul 2019
21 Iyul 2019
20 Iyul 2019
"Kapital Bank" müştərinin kreditini tam ödədi
CƏMİYYƏT 12:42 / 18.06.2019
Xəbər verdiyimiz kimi, Kapital Bank nağd pul krediti götürən müştərilər üçün "Kreditini biz ödəyək” adlı stimullaşdırıcı lotereya keçirib. Şərtlərə görə 1 may – 31 may 2019-cu il tarixləri arasında kredit götürən müştərilər avtomatik olaraq lotereyada iştirak edib, qalib ola bilərdilər.

7 iyun 2019-cu il tarixində lotereyanın son tirajı keçirilib və aylıq kredit ödənişini qazanan 3 müştəri ilə yanaşı daha bir müştəri əsas hədiyyəni – tam kredit məbləğini əldə edib. Qalib gələn müştəri Kapital Bank-ın Lənkəran filialının müştərisi Dövlət Ağacanov oldu.

Lotereya ərzində ümumilikdə 12 müştəri aylıq kredit ödənişini, bir müştəri isə tam kreditini qazanıb. Qaliblərin siyahısı sayta əlavə olunub – www.kapitalbank.az/lotereya.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 99 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.