SON XƏBƏRLƏR
11 Noyabr 2019
10 Noyabr 2019
09 Noyabr 2019
08 Noyabr 2019
07 Noyabr 2019
Bakı metrosunda problem - Sərnişinlər boşaldıldı, hərəkət iflic oldu
CƏMİYYƏT 13:50 / 18.06.2019

Bakı metrosunun işində nasazlıq yaranıb.

Oxu.Az-ın məlumatına görə, bu gün səhər saat 08:00 radələrində Bakı metrosunda qatarların hərəkətində texniki problem yaranıb. 

"Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun saytımıza verdiyi məlumata görə, hadisə metronun "Xalqlar Dostluğu” stansiyasında baş verib: 

" "Həzi Aslanov” stansiyasından start götürən qatarda "Xalqlar dostluğu” stansiyasında texniki nasazlıq yaranıb. Nəticədə, sərnişinlər həmin stansiyada boşaldılıb. Qatar depoya göndərilib. Həmin qatarın əvəzinə xəttə ehtiyat qatar buraxılıb.

Baş vermiş problem nəticəsində qatarlar arasında 15 dəqiqə interval yaranıb. Hazırda intervalın bərpası üçün tədbirlər görülür”.

***

Bakı metrosunda baş vermiş problem aradan qaldırılıb. Qatarlar arasındakı interval bərpa olunub.

Hazırda metro işini normal rejimdə davam etdirir.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.