SON XƏBƏRLƏR
23 Avqust 2019
22 Avqust 2019
21 Avqust 2019
20 Avqust 2019
Bahar Muradova: Ermənistanın qeyri-konstruktiv mövqeyi davamlı sülhə təhdid kimi qalır
DÜNYA 21:47 / 18.06.2019

Ermənistanın heç bir çərçivəyə sığmayan mövqeyi sülh əldə etməyə imkan vermir. Bu qeyri-konstruktiv mövqe davamlı sülh, birgə yaşayışa təhdid kimi qalır.

Trend-in məlumatına görə, bunu Milli Məclis sədrinin müavini Bahar Muradova "Ədalətli sülh və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında Ombudsmanların rolu” mövzusunda keçirilən Ombudsmanların XVI Bakı Beynəlxalq Konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, sülh olmadan davamlı inkişafa nail olmaq mümkünsüzdür: "Azərbaycan daim bu istiqamətdə beynəlxalq ictimaiyyəti bir araya gətirmək və yeni təsisatlar yaratmaq istiqamətində təşəbbüslər göstərir. Bu tədbirlərin Cənubi Qafqaz regionunda keçirilməsi təadüfi deyil. Çünki bu region münaqişələrlə zəngindir. Bu münaqişələrin həll olunmaması və münaqişə tərəflərindən birinin qeyri-konsturiktiv mövqeyi sülh əldə etməyə imkan vermir".

B.Muradova əlavə edib ki, həm mövcud təsisatların gücündən tam istifadə etmək, həm də yeni təsisatlar yaratmaqla problemlərin həllinə nail olmaq lazımdır: "Artıq 16-cı dəfədir ki, ombudsmanlar vacib olan mövzular ətrafında müzakirə aparmaq üçün Azərbaycana toplaşırlar. Bu tədbir problemlərin araşdırılması, ombudsman təsisatının bu problemlərin həllində rolunun müəyyənləşməsi və müsbət təcrübələrin bölüşülməsinə şərait yaradır. Azərbaycan belə təcrübələrin aparılması üçün çox uyğun bir məkandır".


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.