SON XƏBƏRLƏR
17 Noyabr 2019
15 Noyabr 2019
14 Noyabr 2019
13 Noyabr 2019
12 Noyabr 2019
11 Noyabr 2019
“Buta Airways” Kiyev reyslərini “Borispol” hava limanına həyata keçirəcək
CƏMİYYƏT 11:05 / 19.06.2019
"Julyanı” beynəlxalq hava limanının müvəqqəti bağlanması ilə əlaqədar olaraq, 2019-cu il sentyabrın 2-dən sentyabrın 12-dək "Buta Airways”in Kiyev istiqamətində olan bütün reysləri "Borispol” beynəlxalq hava limanına həyata keçiriləcək.

Bu barədə "Buta Airways” aviaşirkətinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, 2019-cu ilin yay uçuş cədvəli (martın 31-dən oktyabrın 26-dək) çərçivəsində "Buta Airways”in Bakı-Kiyev-Bakı marşrutu üzrə aviareysləri həftədə üç dəfə - çərşənbə axşamı, çərşənbə və cümə günləri həyata keçirilir.

Biletləri artıq əldə etmiş sərnişinlər aviabiletin alınması zamanı göstərilən telefon nömrələri vasitəsilə aviaşirkətin proseduruna uyğun olaraq məlumatlandırılacaqlar.

Bütün yenilikləri və xəbərləri "Buta Airways”in sosial şəbəkələrdəki səhifələrində izləmək mümkündür:

• facebook.com/ButaAirways
• instagram.com/ButaAirways
• twitter.com/ButaAirways
• t.me/Buta_Airways

"Buta Airways” Azərbaycanın ilk aşağı büdcəli aviaşirkətidir və "Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) struktur bölməsidir. 2016-ci ilin dekabrında əsası qoyulub. İlk reys 2017-ci il sentyabrın 1-də yerinə yetirilib. Aviaşirkətinin donanması müasir "Embraer” təyyarələrindən ibarətdir. Aviaşirkət Bakıda, Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşir.

Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.