SON XƏBƏRLƏR
22 Iyul 2019
21 Iyul 2019
20 Iyul 2019
İki günlük fırıldaqçı ərindən boşanan müğənni XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - VİDEO
CƏMİYYƏT 12:09 / 19.06.2019

2 gün evli qaldığı həyat yoldaşı Murad Akınca ilə boşanmağa qərar verən müğənni Zerrin Özerin səhhəti pisləşib.

Məşhur müğənni təcili xəstəxanaya yerləşdirilib. Zerrin Özerin dünən axşam təzyiqi qalxıb və huşunu itirib.

Müğənninin vəkili Kemal Aslan ''Zerrin böyük bir kədər içindədir. Evdə huşunu itirib, böhran içindədir. Köməkçiləri onu huşunu itirmiş vəziyyətdə tapıb. Təzyiqini aşağı salırlar, ancaq yenidən yüksəlir”, - deyə açıqlama yayıb.

Məlum olub ki, sevgilisinin bir neçə qadının dələduzluq yolu ilə külli miqdarda pulunu mənimsədiyini öyrənən müğənni əvvəlcə əri ilə üzləşib. Daha sonra "2-ci Sayfa” verilişinə bağlanaraq Murad Akıncanı ifşa edən qadınlarla danışıb. 2 gün evli qaldığı əri haqqında əsl həqiqəti öyrəndikdən sonra boşanmağa qərar verib. Müğənni "Necə bu qədər saf olmuşam, bu qədər şeyə inanmışam” deyə bildirib.

Zərərçəkən qadınların iddiasına görə, Murat Akınca Mahmut Atalay adı ilə saxta şəxsiyyət vəsiqəsi istifadə edir. Sosial şəbəkə vasitəsilə dostluq qurur. Özünü zəngin və mədəni bir ailənin uşağı kimi tanıtdırır. Bəzən dekorator, bəzən fitnes təlimçisi olduğunu söyləyir.

1000 TL istəyərək işə başlayır, bu rəqəm 400 min TL-yə qədər qalxır. Pullarını geri qaytarmaq istəyən qadınları təhdid və şantaj edir./publika.az



Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.