SON XƏBƏRLƏR
23 Avqust 2019
22 Avqust 2019
21 Avqust 2019
20 Avqust 2019
"Nəsimi ili"nə möhtəşəm ərmağan - Pərinisə Əsgərova yaradıcılığında bir ilkə imza atıb - VİDEO
CƏMİYYƏT 10:56 / 21.06.2019

Pərinisə Əsgərova yaradıcılığında bir ilkə imza atıb. Bu, elə Azərbaycan üçün də bir ilkdir. O, dəniz səviyyəsindən 1000 metrdən artıq yüksəklikdə yerləşən Çıraqqalanın zirvəsində Azərbaycan şairi nəsiminin portretini çəkib.

1232 metr yüksəklikdə, sadəcə bir nəfərin dayana biləcəyi yerdə portret çəkdi.

Onu bu yüksəkliyə çıxaran isə həm sənət, həm də Nəsimi eşqidir. Miniatür rəssam Pərinisə Əsgərova "Nəsimi ili"nə möhtəşəm ərmağan edib.

O, Şabranda yerləşən 1500 illik tarixə malik Çıraqqalanın zirvəsinə qalxaraq Azərbaycan şairi İmadəddin Nəsiminin portretini çəkib. "Nəsimi ili"nə maraqlı bir hədiyyə etmək istəyən rəssam bu təklif ona gələndə heç tərəddüd etmədən razılaşıb.

Miniatür rəssam dəniz səviyyəsindən 1000 metrdən artıq yüksəklikdə yerləşən qalaya alpinist dostlarının köməyi ilə qalxıb. İlk dəfədir belə bir işə təşəbbüs etdiyini deyən rəssam qalaya dırmanarkən həyəcalı anlar da yaşayıb, ancaq bu, onu qorxutmayıb. Özü qorxmasa da, rejissor narahat olduğundan videoçarx bir dubla çəkilib.

Rəssam deyir ki, bu, həm də tariximiz və abidələrimizin tanıtımıdır. O, payıza qədər Şah İsmayıl Xətainin də portretini çəkmək istəyir. Bunun üçün isə yüksəklik kimi Gədəbəydə yerləşən Qız qalasını nəzərdə tutub.



Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.