SON XƏBƏRLƏR
23 Avqust 2019
22 Avqust 2019
21 Avqust 2019
20 Avqust 2019
Ramil Usubovun təyin olunduğu qurum hansı işləri görür?
CƏMİYYƏT 12:05 / 21.06.2019

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Ramil Usubov Azərbaycanın Daxili İşlər naziri vəzifəsindən azad edilib. Ölkə başçısının digər sərəncamı ilə R.Usubov Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi təyin edilib.

Oxu.Az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurası 10 aprel 1997-ci ildə yaradılıb.

Təhlükəsizlik Şurası Prezidentin yanında məşvərətçi orqandır. O, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 27-ci bəndinə uyğun olaraq, Prezident tərəfindən yaradılır.

Təhlükəsizlik Şurası vətəndaşların hüquq və azadlıqlarının, Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunması sahəsində Prezidentin öz Konstitusiya səlahiyyətlərini həyata keçirməsinə şərait yaradılmasını təmin edir.

Şuraya vitse-prezident, Milli Məclisin sədri, Baş nazir, Prezident Administrasiyasının rəhbəri, dövlət müşavirləri, Baş prokuror, Xarici İşlər naziri, Müdafiə naziri, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Daxili İşlər naziri daxildir.

Təhlükəsizlik Şurasının iclaslarına Prezident sədrlik edir. Şuranın Katibi funksiyalarını R.Usubovun təyinatına qədər Prezident Administrasiyasının rəhbəri yerinə yetirirdi.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.