SON XƏBƏRLƏR
22 Iyul 2019
21 Iyul 2019
20 Iyul 2019
Baş katibdən spikerin Bakı səfərini yarımçıq qoymasına - REAKSİYA
CƏMİYYƏT 13:44 / 21.06.2019
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏT PM) Baş katibi Asəf Hacıyev Gürcüstan parlamentinin sədri İrakli Kobaxidzenin və Gürcüstan nümayəndə heyətinin Azərbaycana səfərini yarımçıq qoyaraq, Tbilisiyə qayıtmasına münasibət bildirib.

Oxu.Az-ın xəbərinə görə, A.Hacıyev qeyd edib ki, Gürcüstan nümayəndə heyətinin qayıtması ölkələrində baş verən gözlənilməz hadisələrlə bağlıdır:

"Gürcüstan parlamentinin spikeri Azərbaycanda rəsmi səfərdə idi. Rəsmi səfər dayandırıldı. Spiker dünən ölkəsinə döndü. Biz onları başa düşməliyik. Gürcüstanda vəziyyət xeyli mürəkkəbdir, problem məhz parlamentdədir. Ona görə də Gürcüstan nümayəndə heyəti təcili geri qayıtdı.

Ancaq bu, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin işinə təsir göstərmir. Çünki bir neçə sənəd yekdilliklə qəbul edildi, bir ölkənin olmamasının buna təsiri yoxdur”.

Xatırladaq ki, iyunun 20-də Parlamentlərarası Pravoslav Assambleyasının Tbilisidə keçirilən 26-cı Baş Assambleyası zamanı qurumun Prezidenti, Rusiya Kommunist Partiyasının nümayəndəsi və Dövlət Dumasının deputatı Sergey Qavrilovun parlament sədrinin kürsüsündə əyləşərək iclasa sədrlik etməsi etirazlara səbəb olub.

Tbilisi küçələrinə çıxan aksiyaçılar parlamentin sədri İrakli Kobaxidzenin, Daxili İşlər naziri Giorgi Qaxariyanın istefası və növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb ediblər. Dünən keçirilən aksiya gecə saatlarında polis tərəfindən dağıdılıb, onlarla insan xəsarət alıb.

Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.