SON XƏBƏRLƏR
22 Iyul 2019
21 Iyul 2019
20 Iyul 2019
Vahid Əhmədov Prezidentin yeni təyinatlarından danışdı
CƏMİYYƏT 14:16 / 21.06.2019

Cənab Prezident İlham Əliyev tərəfindən nazirlərin rotasiya üsulu ilə yerinin dəyişdirilməsi çox düzgün addımdır.

Oxu.Az məlumat verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında millət vəkili Vahid Əhmədov deyib.

O qeyd edib ki, Ramil Usubov, Vilayət Eyvazov, Mədət Quliyev və Əli Nağıyev Azərbaycanın müstəqilliyi uğrunda kifayət qədər mübarizə aparıblar.

"Mən son addımları alqışlayıram. Bu vəzifə təyinatları hökumətin iqtisadi blokuna da təsir edəcək”, - deyə V.Əhmədov əlavə edib.

Qeyd edək ki, ötən gün Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Ramil Usubov Daxili İşlər naziri vəzifəsindən azad edilərək Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi təyin edilib. Onu bu vəzifədə Vilayət Eyvazov əvəz edib.

Digər sərəncamlara əsasən, Mədət Quliyev Müdafiə Sənayesi naziri, Əli Nağıyev isə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin olunub.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.