SON XƏBƏRLƏR
11 Noyabr 2019
10 Noyabr 2019
09 Noyabr 2019
08 Noyabr 2019
07 Noyabr 2019
Zaxarova Gürcüstan prezidentinin ittihamlarına cavab verdi
CƏMİYYƏT 14:10 / 22.06.2019

Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Gürcüstan prezidenti Salome Zurabişvilinin Tbilisidəki etiraz aksiyaları ilə bağlı Moskvanın ünvanına səsləndirdiyi ittihamlara cavab verib.

Zaxarovanın sözlərinə görə, Zurabişvili Gürcüstan küçələrində təhlükəsizliyə zəmanət verdiyini deməli idi.

"Lakin siz yenə "işğalçılar” haqda köhnə mahnını xatırladınız”, - Rusiya diplomatı qeyd edib.

O həmçinin əlavə etdi ki, Gürcüstanda siyasətçilər qanunları və siyasi institutları xatırlamağa vaxt tapmayıblar.

Xatırladaq ki, Gürcüstan prezidenti etiraz aksiyaları üçün Rusiyanın məsuliyyət daşıdığını bildirib.

Qeyd edək ki, Tbilisidə Gürcüstan parlamentinin binası qarşısında iyunun 20-də başlanmış aksiyalar bu gün yenilənib. İştirakçılar daxili işlər naziri Georqi Qaxariyanın istefasını tələb edirlər.

Polis çoxminli aksiyanın dağıdılması üçün nümayişçilərə qarşı gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edib. Nəticədə 240 nəfər, o cümlədən 80 polis əməkdaşı zərər çəkib.

Respublikanın Daxili İşlər Nazirliyi 305 nəfərin saxlanıldığını açıqlayıb./publika.az


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.