SON XƏBƏRLƏR
22 Iyul 2019
21 Iyul 2019
20 Iyul 2019
Şəmkirdə pomidor bolluğu problem yaratdı: fermerlər narazıdır - VİDEO
CƏMİYYƏT 22:02 / 22.06.2019

Şəmkirdə fermerlər əkdikləri məhsulların yaxşı satılmadığından, bununla da maddi vəziyyətlərinin getdikcə çətinləşdiyindən şikayətçidirlər.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, təsərrüfat sahibləri hazırda ən acınacaqlı vəziyyətin pomidor satışında hökm sürdüyünü deyirlər.

Onlar iddia edirlər ki, xarici bazarlara, xüsusən, Rusiya bazarlarına məhsul satışı dayanıb, buna görə də təsərrüfat sahibləri çətin vəziyyətə düşüblər. Yerli bazarlarda isə satışa çıxarılan pomidorlar nəinki qazanc gətirir, heç maya dəyərini belə ödəmir.

Şəmkir Dövlət Aqrar İnkişaf Mərkəzindən məsələ ilə bağlı bildiriblər ki, indiki halda rayondan Rusiya bazarlarına məhsul ixracı ilə bağlı heç bir problem yoxdur:

"Bol məhsul olduğundan qiymətlər ötən ilə nisbətən aşağıdır, amma xarici bazara məhsulların satışında heç bir problem yoxdur. Onu da qeyd edək ki, Şəmkir rayonunda mindən artıq istixana var”.

Məlumat üçün bildirək ki, Şəmkir qərb bölgəsinin əsas təsərrüfat rayonlarından biridir. Ölkədəki istixanaların təxminən 70 faizi bu rayonun payına düşür.



Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.