SON XƏBƏRLƏR
16 Sentyabr 2019
13 Sentyabr 2019
12 Sentyabr 2019
11 Sentyabr 2019
Səhiyyə işçilərinin də əməkhaqqı artırılacaq - Komitə sədri
CƏMİYYƏT 20:20 / 22.06.2019

"Prezident İlham Əliyevin ilin əvvəlindən başlayaraq, sosial islahatlarla bağlı verdiyi fərman və sərəncamlar əhalinin rifah halının yüksəldilməsinə xidmət edir. Vətəndaşların minimum əməkhaqqı 250 manata, minimum əmək pensiyası 200 manata çatdırılır, müəllimlərin  və digər sahələrdə çalışanların əmək haqqı həmiyyətli dərəcədə artırılır. Bu xüsusda sizi əmin edirəm ki, səhiyyə işçilərinin də əməkhaqqı artırılacaq”.

Bunu öz açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov Prezident İlham Əliyevin sosialyönümlü islahatları ilə bağlı danışarkən deyib.

Ə.Əmiraslanov islahatları inqilabi adlandırıb:

"Hələ lap əvvəl şəhid ailələrinə birdəfəlik ödəmələrin verilməsi, şəhid ailələrinin müavinətlərinin, təqaüdlərin artırılmasının şahidi olduq. Hazırda islahatlar davam edir. Mən əminəm ki, icbari tibbi sığortanın tətbiqilə bağlı həkimlərin, orta tibb işçilərinin də əməkhaqları təsirli dərəcədə artırılacaq. Bu bir daha göstərir ki, cənab Prezident daim xalqın yanındadır və onların daha yaxşı həyat şəraiti yaradılması üçün çalışır”.(modern.az)


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.