SON XƏBƏRLƏR
16 Sentyabr 2019
13 Sentyabr 2019
12 Sentyabr 2019
11 Sentyabr 2019
Gömrük Akademiyası magistraturaya qəbul üzrə liderdir
CƏMİYYƏT 12:15 / 24.06.2019

Azərbaycanda magistratura səviyyəsinə ən yüksək qəbulolma faizi Dövlət Gömrük Komitəsinin Akademiyasının məzunlarına məxsusdur. Belə ki, Dövlət İmtahan Mərkəzinin "Abituriyent” jurnalının 12-ci sayında dərc olunan məlumatda bildirilir ki, Akademiyanın 16 nəfər məzunundan 13-ü magistraturaya qəbul olub.

Xatırladaq ki, 2019/2020-ci tədris ilində Dövlət Gömrük Komitəsinin Akademiyasında ilk dəfə magistratura səviyyəsinə qəbul aparılıb. Akademiyanın magistratura pilləsinə qəbulDünya iqtisadiyyatı - Gömrük işi və Hüquqşünaslıq - Beynəlxalqhüquq ixtisasları üzrə həyata keçirilib.

Qeyd edək ki, Akademiyasının magistraturasına qəbul olunmuş bakalavrların sənədlərinin qeydiyyatı 27.06.2019-cu il tarixindən 10.07.2019-cu il tarixinə qədər (şənbə və bazar günləri istisna olmaqla) saat 09:00-dan 17:00-a kimi Akademiyanın Tədris-metodiki işin təşkili şöbəsində aparılacaq.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.