SON XƏBƏRLƏR
16 Sentyabr 2019
13 Sentyabr 2019
12 Sentyabr 2019
11 Sentyabr 2019
İran açıq şəkildə ELAN ETDİ: " ABŞ təyyarələri yenə vurulacaq"
CƏMİYYƏT 14:33 / 24.06.2019

"Lazım gəlsə, yenə vuracağıq”.

Bunu İran Hərbi-Dəniz Qüvvələrinin komandiri Hüseyn Xanzadi Fars Xəbər Agentliyinə deyib.

ABŞ ordusuna aid pilotsuz uçuş aparatının Hörmüz boğazının hava məkanında məhv edilməsi haqqında danışan komandir bildirib ki, bu, ABŞ-a və İranın düşmənlərinə sərt cavabdır: "Düşmən (ABŞ) ən inkişaf etmiş texnologiyaya sahib pilotsuz uçuş aparatını qadağan olunmuş bölgəyə göndərdi və onun məhv edildiyini gördü. Açıq şəkildə elan edirik ki, eyni cəhdin təkrarlanacağı təqdirdə düşmənə verilən bu sərt cavab təzələnəcək. Düşmən bunu bilir”.

Qeyd edək ki, İran İnqilab Keşikçiləri Korpusu ötən həftə Hörmüz boğazının hava məkanında ABŞ ordusunun "RQ-4C Global Hawk” pilotsuz kəşfiyyat təyyarəsini vurmuşdu./publika.az


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.