SON XƏBƏRLƏR
16 Sentyabr 2019
13 Sentyabr 2019
12 Sentyabr 2019
11 Sentyabr 2019
Zamirə Hacıyeva növbəti dəfə məhkəmə qarşısında
CƏMİYYƏT 20:40 / 24.06.2019

Bu gün Londonda Westminster Magistr Məhkəməsində Azərbaycan Beynəlxalq Bankının (ABB) keçmiş rəhbəri Cahangir Hacıyevin xanımı Zamirə Hacıyeva ilə bağlı növbəti məhkəmə prosesi baş tutub.

Bu barədə Jersey Evening Post agentliyi məlumat yayıb.

Məlumata əsasən, məhkəmənin ittiham aktında Zamirə Hacıyeva 2009-2015-ci illərdə Azərbaycan Beynəlxalq Bankından 97 milyon dollar mənimsəmiş 37 nəfərdən ibarət qruplaşmanın üzvü kimi göstərilib

Azərbaycan hökumətini təmsil edən Helen Malkolm bildirib ki, sözügedən 97 milyon dollar ABB tərəfindən buraxılmış 28 kredit kartı vasitəsilə əldə edilib.

O qeyd edib ki, bu vəsaitin 14,5 milyon funt sterlinqdən 15,5 milyon funt sterlinqə qədər olan hissəsi Zamirə Hacıyevanın adına olan 10 kredit kartı vasitəsi ilə əldə edilib. Digər kartlar onun əlaltılarının və əri Cahangir Hacıyevin mühafizəçilərinin adlarına qeydiyyata alınıb.

"Mən Zamirə Hacıyevanın xərclədiyi vəsaiti müəyyənləşdirmişəm. Problem bundadır ki, o pulların bir hissəsini Azərbaycanda bankomatlardan çəkib və bir sıra bahalı butiklərdə, o cümlədən Harrodsunivermağında xərcləyib. O, Avropanın müxtəlif ölkələrində də böyük miqdarda vəsait xərcləyib”, - deyə Helen Malkolm qeyd edib.

Qeyd edək ki, Zamirə Hacıyeva Britaniyada ilk dəfə tətbiq edilən "İzahedilməz Sərvət Sərəncamı” (UWO) çərçivəsində həbs olunub.

UWO Britaniyada potensial çirkli pullara malik şübhəli korrupsioner xarici rəsmiləri hədəfləmək üçün yeni qanundur.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.