SON XƏBƏRLƏR
16 Sentyabr 2019
13 Sentyabr 2019
12 Sentyabr 2019
11 Sentyabr 2019
10 Sentyabr 2019
Xəzərin xilası üçün 64 milyonluq layihə başa çatır
CƏMİYYƏT 17:25 / 25.06.2019

Daha bir ərazidə tullantı sularının dənizə axıdılmasından xilas oluruq

Sabunçu rayonunun Pirşağı qəsəbəsi ərazisində tullantı sutəmizləyici qurğunun tikintisi ilin sonunadək başa çatacaq. Bu barədə Sputnik Azərbaycan-a Azərsu ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan hökumətinin və Koreya Respublikası İxrac-İdxal Bankının birgə maliyyələşdirdiyi "Pirşağı Tullantı Sutəmizləyici Qurğusu"nun tikintisi başa çatdıqdan sonra dəniz sahili boyunca kanalizasiya kollektorlarının tikilməsi nəzərdə tutulur. Bununla da çirkab suların dənizə axıdılmasının qarşısını almaq mümkün olacaq.

Məlumat üçün bildirək ki, tullantı sutəmizləyici qurğular hazırda Sumqayıt, Şüvəlan, Buzovna, Hövsan ərazilərində var. Xatırladaq ki, bu bioloji tipli qurğunun məhsuldarlığı sutkada 40 min kubmetr layihələndirilib. Qurğu istismara verildikdən, həmçinin ətraf qəsəbələrdə kanalizasiya infrastrukturu yaradıldıqdan sonra Abşeron yarımadasının şimal hissəsində böyük bir ərazidə yaranan tullantı sularının birbaşa Xəzər dənizinə axıdılmasının qarşısı alınacaq. Gələcəkdə Pirşağı, Kürdəxanı, Məhəmmədi, Nardaran, Digah, Maştağa, Mehdiabad, Digah, Goradil, Fatmayı və Novxanı qəsəbələrində yaranan tullantı suları bu qurğuda təmizlənərək kənarlaşdırılacaq. Bu layihə Xəzər dənizinin ekoloji təhlükəsizliyinin qorunmasına töhfə verəcək.

Qeyd edək ki, "Pirşağı Tullantı Sutəmizləyici Qurğusu" layihəsinin maliyyələşdirilməsi üçün Koreyanın İxrac-İdxal Bankı 43,5 milyon dollar kredit ayırıb. Ümumi dəyəri 64,2 milyon dollar olan layihənin qalan hissəsini Azərbaycan hökuməti maliyyələşdirir.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.