SON XƏBƏRLƏR
22 Iyul 2019
21 Iyul 2019
20 Iyul 2019
19 Iyul 2019
FHN Akademiyasında Silahlı Qüvvələr Günü qeyd edildi - FOTO
CƏMİYYƏT 12:33 / 26.06.2019

İyunun 25-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 101 illiyi münasibətilə tədbir keçirilib.

FHN-dənPublika.az-a bildiriblər ki, dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə akademiya rəisinin birinci müavini, polkovnik-leytenant Qəzənfər Bağırov 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə iştirakçıları təbrik edib. Bildirib ki, ötən əsrin əvvəllərində milli ordumuzun yaradılması Azərbaycan tarixinin şanlı səhifələrindən biridir. 1918-ci il iyunun 26-da müsəlman Şərqinin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin Silahlı Qüvvələrinin yaradılması imperiya əsarətində inləyən xalqımızın mübarizəsinin nəticəsi olaraq milli dövlətçilik ənənələrimizin bərpası idi. Lakin Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra ordu quruculuğu prosesi dayanmış, yalnız 1969-cu ildə ulu öndər Heydər Əliyev birinci katib vəzifəsinə gəldikdən sonra bu sahədə ciddi addımlar atılmış, milli hərbi kadrların hazırlanmasına başlanılmışdı.

Qeyd edilib ki, Ümummilli Liderin xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycanda qeyri-qanuni silahlı birləşmələr ləğv edilib, vahid komandalıq yaradılıb, ordu quruculuğu ilə bağlı genişmiqyaslı islahatlara start verilib, tez bir zamanda hərbi hissələrin, ayrı-ayrı qoşun növlərinin formalaşması tam başa catdırılıb. Ulu Öndərin 1998-ci il 22 may tarixində imzaladığı fərmanla 26 iyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan edilib və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd olunur.

Q.Bağırov bildirib ki, ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, ölkəmizin başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı sayəsində ordumuz həm potensialına, həm döyüş qabiliyyətinə, həm də möhkəm maddi-texniki bazasına görə regionun qüdrətli güclərindən birinə çevrilib.

Sonra Akademiyanın Hərbi Kafedrasının rəisi polkovnik Hüseynqulu Həsənov və Akademiyanın əməkdaşı polkovnik Aprel Babayev çıxış edərək müstəqillik dövründə Azərbaycan Silahlı Qüvvələrinin yaradılması və formalaşdırılması kimi çətin, şərəfli və tarixi missiyanın öhdəsindən gələn ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərindən bəhs ediblər.



Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.