SON XƏBƏRLƏR
22 Iyul 2019
21 Iyul 2019
20 Iyul 2019
Tramp İranı məhv etməklə hədələdi
CƏMİYYƏT 20:40 / 26.06.2019

ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatlara qarşı hücum halında İranı məhv etməklə hədələyib.

Publika.azxəbər verir ki, prezident bu haqda tvitter səhifəsində yazıb.

"Amerikaya İranın istənilən hücumu böyük və əzici güclə qarşılanacaq. Bəzi sahələrdə əzici güc məhvedici anlamına gələ bilər. Artıq Con Kerri və Barak Obama yoxdur”, - prezident qeyd edib.

Tehranın "kübarlıq və mərhəmətdən anlamadığını” bildirən Tramp İranın anladıqları şeyin güc və qüvvət olduğunu bildirib. ABŞ-ın dünyanın ən güclü ordusuna sahib olduğunu qeyd edən Amerika lideri sadəcə son 2 ildə silahlı qüvvələrə 1,5 trilyon dollar xərcləndiyini vurğulayıb.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.