SON XƏBƏRLƏR
16 Oktyabr 2019
15 Oktyabr 2019
14 Oktyabr 2019
12 Oktyabr 2019
Əli Nağıyevin Qarabağ döyüşlərindəki GÖRÜNTÜLƏRİ YAYILDI - VİDEO
CƏMİYYƏT 10:01 / 27.06.2019

Prezident İlham Əliyev 20 iyunda imzaladığı sərəncamla Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini, general-mayor Əli Nağıyevi Dövlət Təhlükəsizlik Xidmətinə rəis təyin etdi. Bu təyinat günlərdir müzakirə olunur.

Təhlükəsizlik məsələləri üzrə eskpert, bir vaxtlar keçmiş Milli Təhlükəsizlik Nazirliyində çalışmış İlham İsmayıl Musavat.TV-yə açıqlamasında 2004-cü ildən bəri -15 il sonra bu vəzifəyə ən uyğun, ən peşəkar şəxs təyin olunduğunu bildirib.

"Biz Əli Nağıyevlə birlikdə "Çaykənd əməliyyatı”nda, indiki Goranboy rayonunun ərazisində Manaşit, Buzluq, Erkəc kəndlərinin erməni quldurlarından azad edilməsində çiyin-çiyinə vuruşmuşuq. Yəni adamın həm əməliyyat təcrübəsi var, həm anti-terror fəaliyyəti var. Bir sözlə, 15 il sonra bu vəzifəyə peşəkar şəxs təyin edildi”,- deyə İ.İsmayıl bildirib.

2b42546f-ff77-4531-87bf-b02528af5e14.jpg (50 KB)
Fotoda işarələnən döyüşçü Dövlət Təhlükəsizliyi Xidmətinin yeni rəisi, general Əli Nağıyevdir

Bu arada sosial şəbəkədə Dövlət Təhlükəsizliyi Xidmətinin yeni rəisi Əli Nağıyevin MTN xüsusi təyinatlılarının əməkdaşı kimi 1991-ci ildə Goranboydakı hərbi əməliyyatlarda iştirakını əks etdirən videogörüntüsü yayılıb. Söhbət İlham İsmayılın bəhs etdiyi hərbi əməliyyatlardan gedir.

Musavat.com xüsusi xidmət orqanlarının sabiq əməkdaşı Arzu Nağıyevin paylaşdığı həmin görüntüləri təqdim edir.



Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.