SON XƏBƏRLƏR
16 Sentyabr 2019
13 Sentyabr 2019
12 Sentyabr 2019
11 Sentyabr 2019
10 Sentyabr 2019
Rəşad İsmayılov qətərli nazirlə görüşdü - FOTO
CƏMİYYƏT 16:10 / 27.06.2019
27 iyun 2019-cu il tarixində Azərbaycan Respublikasının Qətər Dövlətindəki Fövqəladə və Səlahiyyətli səfiri Rəşad İsmayılov və Qətər Dövlətinin Bələdiyyə və Ətraf Mühit naziri Abdullah bin Əbdüləziz bin Turki Əl-Subaie arasında görüş keçirilib.

Publika.azxəbər verir ki, görüş zamanı, hər iki ölkənin dövlət başçıları və nazirlər səviyyəsində qarşılıqlı səfərlərin Azərbaycan Respublikası və Qətər Dövləti arasında siyasi, iqtisadi və texniki əlaqələrin inkişafına töhfə verdiyi və mövcud hüquq-müqavilə bazası əsasında artan istiqamətdə inkişaf etdiyi qeyd olundu.

Eyni zamanda, görüşdə iki ölkə arasında ekologiya və kənd təsərrüfatı sahəsində əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə edildi və ticarət zamanı tələb olunan sənədlərin o cümlədən, diri heyvan və heyvan məhsulları üçün nəzərdə tutulan baytarlıq sertifikatlarının qarşılıqlı tanınması üçün müvafiq tədbirlərin görülməsinin ticarət əlaqələrinin inkişafına əlavə stimul verəcəyi bildirildi.

Sonda Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev tərəfindən Qətər Dövlətinin Bələdiyyə və Ətraf Mühit naziri Abdullah bin Əbdüləziz bin Turki Əl-Subaie ünvanlanmış dəvət məktubunun əsli nazirə təqdim olundu.
Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.