SON XƏBƏRLƏR
16 Oktyabr 2019
15 Oktyabr 2019
14 Oktyabr 2019
12 Oktyabr 2019
“Minsk 2019”: Azərbaycanın daha bir qadın güləşçisi finala yüksəldi - FOTO (YENİLƏNDİ)
CƏMİYYƏT 15:14 / 27.06.2019

Azərbaycanın daha bir qadın güləşçisi Elmira Qəmbərova "Minsk 2019” II Avropa Oyunlarında yarımfinal görüşünə çıxıb.

62 kq çəki dərəcəsində yarışan idmançı rumıniyalı Krista İnçe ilə üz-üzə gəlib. Qarşılaşmada qələbə qazanan (4:1) Azərbaycan güləşçisi finala yüksəlib.

1/4 finalda məğlub olan Alyona Kolesnik (57 kq) rəqibi finala çıxdığı üçün təsəlliverici görüşlərdə iştirak edəcək.

Qeyd edək ki, bu gün Sabirə Əliyeva (76 kq) da yarımfinal görüşünə çıxacaq.

***

19:11

Azərbaycanın qadın güləşçisi Mariya Stadnik "Minsk 2019” II Avropa Oyunlarında finala yüksəlib.

50 kq çəkidə çıxış edən olimpiya mükafatçısı yarımfinalda türkiyəli Evin Demirhan ilə üz-üzə gəlib. Görüş Azərbaycan təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 6:1.

Qeyd edək ki, bu gün həmçinin Elmira Qəmbərova (62 kq) və Sabirə Əliyeva da yarımfinal görüşlərinə çıxacaq. Stadnikin həlledici qarşılaşmada rəqibi ukraynalı Oksana Livaç olacaq (Report).


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.