SON XƏBƏRLƏR
23 Avqust 2019
22 Avqust 2019
21 Avqust 2019
20 Avqust 2019
Zamirə Hacıyevanın məhkəməsi sentyabrda davam etdiriləcək
CƏMİYYƏT 20:42 / 29.06.2019

Zamirə Hacıyevanın ekstradisiyası üzrə Azərbaycanın tələbi əsasında Londonda məhkəmə prosesi bu gün davam etdirilib.

Bugün keçirilən məhkəmə prosesində Birkbeck Universitinin professoru Bill Villiam Bovring şahid qismində çıxış edib. O, 26 iyunda məhkəmədə gizli şahid qismində çıxış edən azərbaycanlı kimi Azərbaycan məhkəmə sistemini tənqid edib, insan haqları sahəsində problemlər olduğunu iddia edib. O, Azərbaycanda qadınlar üçün nəzərdə tutulan cəzaçəkmə müəssəsilərində şərtlərin yaxşı olmadığını qeyd edib. 

Azərbaycan hökumətinin iddiasını müdafiə edən Helen Malcolm isə Azərbaycanda məhkəmə sistemi və insan haqları mövzusunda gedən islahatlar haqqında məlumat verib. O, şahid qismində çıxış edən Bill Villiamın Azərbaycanda 2005-ci ildə səfərdə olduğunu, qadın cəzaçəkmə müəssisəsinə isə ümumiyyətlə baş çəkmədiyini bildirib. Helen Malcolm şahidin Azərbaycanda hər hansı bir məhkəmə prosesində iştirak etmədiyini də deyib. 

Hakim Emma Arbuthnot isə növbəti məhkəmə prosesini sentyabrın 26-na təyin edib. O, Zamirə Hacıyevanın zaminə buraxılma şərtlərini yüngülləşdirilib. Belə ki, Z. Hacıyeva bundan əvvəl hər gün 9:00-dan günorta saatlarınadək Londonun "Charing Cross” polis stansiyasına baş çəkməli idi. Hakim günləri azaldaraq, Z. Hacıyevanın polis stansiyasına həftənin çərşənbə axşamı və cümə günləri getməsinə qərar verib. 

Qeyd edək ki, 8 noyabr 2018-ci ildə Kral Ədalət Məhkəməsində keçirilən iclas sonrasında Zamirə Hacıyeva bəzi şərtlərlə Zaminə buraxılmışdı.  Bu şərtlərdən biri isə odur ki,  Z.Hacıyevanın pasportu polisdə saxlanılmalıdır.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.