SON XƏBƏRLƏR
23 Avqust 2019
22 Avqust 2019
21 Avqust 2019
20 Avqust 2019
Bu qurumlar maşınlarını satır - QİYMƏT
CƏMİYYƏT 21:15 / 29.06.2019

Bir neçə dövlət qurumu istifadəsiz qalan avtomobillərini hərraca çıxarıb.

XəzərXəbərAxar.az-a istinadənxəbər verir ki, Əmlak Məsələləri Dövlət Komitəsi bu məqsədlə 30 iyul tarixində avtomobil hərracı təşkil edəcək.

Auksiona ümumilikdə 8 avtomobil təqdim edilib. Onlardan 5-i Ədliyyə Nazirliyinə, 2-si Əmlak Məsələləri Dövlət Komitəsinə, biri isə Baş Prokurorluğa məxsusdur.

Hərracda ən yüksək qiymətə təqdim edilən avtomobil Ədliyyə Nazirliyinindir. Nazirliyin satışa çıxardığı "Nissan Maksima” markalı avtomobil üçün müəyyən edilən ilkin satış qiyməti 8000 manatdır.

İkinci ən yüksək qiymətə təqdim edilən avtomobil Əmlak Məsələləri Dövlət Komitəsinə məxsus eyni markalı ("Nissan Maksima”) nəqliyyat vasitəsidir – ilkin satış qiyməti 7000 manatdır.

Hərraca ən ucuz avtomobili də Ədliyyə Nazirliyi çıxarıb. Belə ki, nazirliyin təqdim etdiyi QAZ-31105-120 markalı nəqliyyat vasitəsi 3000 manata satılır.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.