SON XƏBƏRLƏR
23 Avqust 2019
22 Avqust 2019
21 Avqust 2019
20 Avqust 2019
İlham Əliyev UNESKO-nun Baş direktorunu qəbul edib - VİDEO
CƏMİYYƏT 08:26 / 01.07.2019

İyunun 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev UNESKO-nun Baş direktoru xanım Odre Azulenin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə Azərbaycan ilə UNESKO arasında əməkdaşlığın uğurla inkişaf etdiyi bildirildi, UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda keçirilməsinin əhəmiyyətinə toxunuldu, dünyada bu tədbirə böyük marağın olduğu qeyd edildi.

UNESKO-nun Baş direktoru xanım Odre Azule Azərbaycanın mədəniyyətlərarası dialoqa verdiyi töhfəni yüksək qiymətləndirdi və ölkəmizdə mədəni və tarixi irsin qorunması və təbliği istiqamətində görülən işlərin əhəmiyyətini qeyd etdi. Xanım Odre Azule Azərbaycanın Elm Muzeyinin təsis edilməsi təşəbbüsünə UNESKO-nun dəstək verdiyini bildirdi.

Mədəniyyətlərarası dialoqa toxunan dövlətimizin başçısı "Bakı Prosesi”nin artıq böyük qlobal platformaya çevrildiyini və müxtəlif beynəlxalq təşkilatlar tərəfindən dəstəkləndiyini dedi. Prezident İlham Əliyev bildirdi ki, ölkəmizdə mədəni və təbii irsin qorunması gündəlikdə duran ən önəmli məsələlərdən biridir.

Söhbət zamanı Azərbaycan ilə UNESKO arasında elm və təhsil sahələrində əməkdaşlığın inkişafından məmnunluq ifadə edildi, bu sahədə UNESKO-nun xətti ilə həyata keçirilən layihələrin önəmi vurğulandı.





























Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.