SON XƏBƏRLƏR
23 Avqust 2019
22 Avqust 2019
21 Avqust 2019
20 Avqust 2019
Əsədin həbsxanasında QANDONDURAN OLAYLAR
CƏMİYYƏT 10:41 / 01.07.2019
Bəşər Əsəd rejiminin həbs etdiyi Nur Nədim Mulhim adlı qadın həbsxanada olarkən başına gələn qandonduran olaylardan danışıb.

Axar.az xəbər verir ki, qadın "Anadolu" agentliyinə müsahibəsində "müxaliflərlə cihad nikahına girməkdə" ittiham edildiyini və buna görə dəhşətli işgəncələrə məruz qaldığını deyib.

"Bizə ağır işgəncələr verirdilər. Həbsxanada namaz qılmaq, oruc tutmaq qadağan edilmişdi. Əllərim, gözlərim bağlı halda məni döyüb təhqir edirdilər. Məcbur edirdilər ki, törətmədiyim cinayətlərin məsuliyyətini üzərimə götürüm. Razı olmayanda isə döyürdülər", - o bildirib.

Mulhim edam cəzasından son anda xilas olduğunu sözlərinə əlavə edib. O bildirib ki, həbsxanada müxalif qüvvələrin tərkibində vuruşmuş kişiləri elektrik cərəyanına qoşurdular.

Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.