SON XƏBƏRLƏR
23 Avqust 2019
22 Avqust 2019
21 Avqust 2019
20 Avqust 2019
XİN-dən generala SƏRT XƏBƏRDARLIQ: Dərhal azad edin, yoxsa.
CƏMİYYƏT 11:21 / 01.07.2019

Türkiyə vətəndaşlarının Liviyada qanunsuz olaraq saxlanılması yolverilməzdir və bu, quldurluq hadisəsidir.

Bu açıqlama ilə Türkiyənin Xarici İşlər Nazirliyi çıxış edib.

Bildirilir ki, Liviya hökumətinə qarşı silahlı mübarizə aparan general Xəlifə Xaftarın tabeliyindəki qanunsuz milis dəstələri tərəfindən saxlanılan altı türkiyəli dərhal azad olunmalıdır.

"Liviyada Xaftara bağlı qeyri-qanuni milis qüvvələri tərəfindən altı vətəndaşımızın saxlanılması piratlıq və quldurluq xarakterli bir addımdır. Vətəndaşlarımızın dərhal azad edilməsini gözləyirik. Əks təqdirdə, Xaftara bağlı ünsürlər qanuni hədəf halına gələcəkdir", - açıqlamada deyilir./Publika.az


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.