SON XƏBƏRLƏR
23 Avqust 2019
22 Avqust 2019
21 Avqust 2019
20 Avqust 2019
Bunu Putinin acığına edin! - Jurnalistdən ÇAĞIRIŞ
CƏMİYYƏT 12:15 / 01.07.2019

Amerika jurnalisti Uill Ketkart səyahətçiləri ”Putinin acığına" (Rusiya prezidenti Vladimir Putin –red.) Gürcüstana baş çəkməyə çağırıb.

O, bu haqda CNN telekanalının saytında yazıb.

"Gürcüstana sizin köməyiniz lazımdır”, - o bildirib.

Jurnalist əlavə edib ki, indi bu ölkəyə baş çəkməyin əsl vaxtıdır.

Ketkartın sözlərinə görə, gürcü xalqı həqiqəti danışdığı üçün Rusiya lideri Rusiya aviaşirkətlərinə Gürcüstana uçuşlarının qadağan edib.

Xatırladaq ki, iyunun 21-də Vladimir Putin Rusiya aviaşirkətlərinin Gürcüstana uçuşlarını müvəqqəti qadağan edib. Turistik şirkətlərə xidmətlərin dayandırılması, hökumətə isə Gürcüstanda olan Rusiya turistlərinin geri qaytarılması üçün lazım olan addımların atılması tövsiyə edilib.

Sərancamda qadağanın nə zaman qaldırılacağı qeyd edilmir. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov sərəncamı şərh edib.

"Gürcüstandakı vəziyyət normallaşmalı və bizim vətəndaşların təhlükəsizliyinə hədə ola biləcək hallar aradan qalxmalıdır” – deyə Peskov qərarın Rusiya vətəndaşlarının təhlükəsizliyi ilə bağlı olduğunu diqqətə çatdırıb.

Qeyd edək ki, Rusiya Dumasının deputatı Sergey Qavrilov 20 iyun tarixində Tbilisidə keçirilən provoslavların parlamentlərarası assambleyasının toplantısında Gürcüstan parlamentinin spikerinin yerində oturub və iclasa sədrlik edib. Müxalifət partiyasınından olan deputatlar tribunanı bağlayaraq, Rusiya nümayəndə heyətinin iclas zalına qayıtmasına imkan verməyiblər. Rusiya nümayəndə heyəti mühafizənin müşayəti ilə binanı tərk edib.

Nəticədə parlament binasının qarşısında böyük mitinq yığılıb və gecə saatlarında polis tərəfindən sərt şəkildə dağıdıldı. Tbilisidə etiraz aksiyaları indiyə kimi davam edir./publika.az


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.